fbpx

Unun qiymətinin bahalaşması çörəyə təsir edəcək?

Rüya Yorumları burda


Xəbər verdiyimiz kimi, Azərbaycanda un bahalaşıb. Belə ki, aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Bu ay isə qiymət 27 manat 35 qəpiyə qədər artıb.

Bəs görəsən, unun qiymətindəki artım çörəyin bahalaşmasına təsir göstərəcək?

BEY.AZ xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev Unikal.az-a açıqlamasında bildirib ki, ölkədə çörəyin qiymətinin artması gözlənilmir.

“Ola bilsin ki, bu aylarda un məhsullarına olan tələbat yüksəldiyi üçün müəyyən qiymət artımı olsun. Bir neçə gündən sonra buğda və arpa biçininə başlanılacaq. Sözsüz ki, bazar tənzimlənməlidir. Ona görə də narahatlığa səbəb yoxdur”, – deyə komitə sədri bildirib.



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu