fbpx

Xalq artisti “Qarabağ” futbol klubu ilə görüşdü

Rüya Yorumları burda


Xalq artisti Tünzalə Ağayeva “Kiçik addımlarla böyük uğurlara” adlı sosial layihəsi çərçivəsində “Qarabağ” futbol klubunun futbolçuları və baş məşqçisi Qurban Qurbanov ilə görüşüb.

BEY.AZ xəbər verir ki, layihənin əsas məqsədi uşaqların inkişafına dəstək olub, idmana olan həvəsi artırmaqdan ibarətdir. Xalq artisti görüş zamanı maraqlı anlar yaşayıb. O, həmin anları şəxsi “İnstaqram” hesabında paylaşıb.

“Bu görüş mənim üçün unudulmaz oldu. İlk milli uşaq markamız “Şokki mokki” və Vuvuzela Medianın dəstəyi ilə Fəxri Səfiri olduğum “Kiçik addımlarla böyük uğurlara” və “Məktəbim” layihəsi çərçivəsində şirin – şəkər uşaqları ilə bərabər futbol əfsanəmiz Qurban Qurbanovla və qürurumuz “Qarabağ” futbol klubu ilə görüşdük. Az qaldı, uşaq futboluna və uşaq idmanına həsr etdiyim Himni fəxrlə səsləndirəcəm. İnanıram ki, bu görüş balacaların idmana olan həvəsini və sevgisini daha da artıracaq”.

Onu da xüsusi olaraq vurğulayaq ki, pop star bu yaxınlarda uşaq futboluna və idmanına həsr olunan Himnin təqdinatını edəcək. Əsərin musiqisi Tünzalə Ağayevaya, sözləri isə Elnurə Nağıyevaya məxsusdur.






Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu