fbpx

Şuşa Real Məktəbi bu tarixdə fəaliyyətə başlayacaq



“Şuşa Real Məktəbi Şuşanın həcm etibarilə ən böyük tarixi abidəsidir. Burada təmir yox, bərpa işi aparılır. Təmir işini də proqnozlaşdırmaq çətindir. Bizim planlamamıza görə, 2026-cı ilin sentyabrında burada təhsil başlayacaq”.

BEY.AZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, sözügedən məktəbdə təhsil istiqaməti əsasən incəsənət və mədəniyyət ixtisasları olacaq: “Bu məktəb ali təhsil və orta ixtisas səviyyəsində təhsil müəssisəsi olacaq. Bura orta məktəb olmayacaq. Təhsil müəssisəsində ali təhsil istiqamətində peşəkar kadr hazırlığı həyata keçiriləcək.

Şuşadakı bütün təhsil müəssisələrinin, o cümlədən bu məktəbin bu və ya digər formada Qarabağ Universiteti ilə əlaqəsi olacaq. Məktəb filial və ya kollec formasında ola bilər. İki ildən sonra Qarabağ Universitetinin fəaliyyətini qaydaya qoyduqdan sonra sizə bununla bağlı daha çox şey deyə bilərik”.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin