fbpx

Bakıdakı ağır qəza ilə bağlı RƏSMİ AÇIQLAMA



Bu gün 08:00 radələrində paytaxtın Xəzər rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə BEY.AZ-a Bakı şəhər DYP İdarəsindən bildirilib.

Belə ki, “Hundai Matrix” markalı, 10-CY-785 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ayxan Rəsulov idarəetməni itirərək əks istiqamətli hərəkət zolağına çıxıb və hərəkətdə olan “Hyundai Santafe” markalı, 77-HF-038 dövlət qeydiyyat nişanlı və “Daewoo” markalı, 99-MB-211 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşub.

Qəza nəticəsində “Hundai Matrix” markalı avtomobilin sürücüsü A.Rəsulov, avtomobildə olan sərnişini İftixar İskəndərov və “Hundai Santafe” markalı avtomobilin sürücüsü Fərid Hüseynov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.

Hazırda faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin