fbpx

Arutyunyan Bakıya nə söz vermişdi?



Qarabağın itirilməsi ona görə baş verdi ki, “5-ci kolon” Arkadi Qukasyan, Bako Saakyan, Ruben Vardanyan, David Babayan və başqaları Araik Arutyunyanın mənim vasitəmlə Azərbaycanla danışıqlar apardığını (Bakı terrorçularla danışıqlar aparmayıb – red.) biləndə təcili Moskvaya – ağalarına bu barədə məlumat verdi. Bundan sonra Moskva Araik Arutyunyana istefaya getməyi əmr edib”.

BEY.AZ Tempinfo.az-a istinadən xəbər verir ki, bunu keçmiş qondarma rejimin nümayəndəsi Samvel Babayan deyib.

O iddia edib ki, Araik Arutyunyan Azərbaycan tərəfinə Ruben Vardanyanı hansısa “vəzifəyə” təyin etməyəcəyinə söz verib, lakin sözünü tutmayıb.

“Bu adamlar (separatçıların liderləri) Moskvadakı sahiblərinin onları təhlükəsiz şəkildə “Artsax”dan çıxaracaqlarına əmin idilər, lakin bunu etmədilər”, – Babayan bildirib.

Qeyd edək ki, rəsmi Bakı heç vaxt separatçı rejimlə siyasi danışıqlar aparmayıb. Dialoqlar yalnız Qarabağın əvvəllər sülhməramlıların nəzarətində olan hissəsinin Azərbaycan cəmiyyətində reinteqasiyası üçün idi. Separatçı rejim buna qarşı çıxıb təxribatlar törətdiyi üçün Bakı lokal antiterror tədbirləri ilə prosesi qanunauyğun məntiqi sonluğa çatdırdı.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin