fbpx

Metroda faciəvi şəkildə ölən kişi tanınmış şəxsin qardaşı imiş



Xəbər verdiyimiz kimi, iyunun 2-də 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayev Bakı Metropoliteninin “28 May” stansiyasında dəmir yolu xəttinin üzərinə düşüb və yaxınlaşan qatarın altında qalaraq ölüb.

BEY.AZ Publika.az-a istinadən xəbər verir ki, faciəli şəkildə dünyasını dəyişən Ş.Abdullayev tanınmış şəxsin qardaşıdır. Belə ki, Şərafəddin Abdullayevin qardaşı Səxavəddin Abdullayev uzun illər Daxili İşlər Nazirliyinin Maliyyə-plan İdarəsinin rəisi vəzifəsində çalışıb və polis polkovnikidir. Səxavəddin Abdullayev daha əvvəl Maliyyə Nazirliyində də vəzifədə çalışıb.

Mərhum Ş.Abdullayevin isə daha əvvəl Fövqəladə Hallar Nazirliyində çalışması və təqaüddə olması bildirilib.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin