Nazir təyin edilən 33 yaşlı Xanlar Mustafayev kimdir?
Xəbər veridyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikasına yeni ekologiya və təbii sərvətlər naziri təyin edilib. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb.
BEY.AZ bildirir ki, Sərəncama əsasən, Xanlar Mustafayev Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.
Yeni təyin olunan nazir haqqında bəzi məlumatları təqdim edirik:
Xanlar Aftandil oğlu Mustafayev bu təyinata qədər Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini təyin olub. Nazir vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də X.Mustafayevə verilmişdi.
1992-ci il təvəllüdlü Xanlar Mustafayev bu təyinatadək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb, nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini postunu tutub.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |