fbpx

Azərbaycan millisi Ermənistanla qarşılaşacaq



Kosovonun paytaxtı Priştinada keçiriləcək basketbolun 3X3 növü üzrə Avropa kubokunda Azərbaycan millilərinin oyunlarının başlama saatı açıqlanıb.

BEY.AZ xəbər verir ki, kişilərdən ibarət komandamız təsnifat mərhələsində ilk görüşünü saat 11:30-da Ermənistan qarşı keçirəcək.

Basketbolçularımız ardınca müvafiq olaraq ev sahibləri, Kipr və Albaniya ilə üz-üzə gələcək.

8 iyun
11:30. Ermənistan – Azərbaycan
16:10. Azərbaycan – Kosovo
19:40. Kipr – Azərbaycan
23:45. Azərbaycan – Albaniya

Digər qrupda Malta, Lüksemburq, Andorra və İrlandiya mübarizə aparacaq.

Qadınlardan ibarət milli isə ilk matçında Malta, daha sonra Lüksemburqla qarşılaşacaq.

8 iyun
17:50. Azərbaycan – Malta
23:20. Azərbaycan – Lüksemburq

Digər qrupda İrlandiya, Andorra, Kosovo və Kipr gücünü yoxlayacaq.

Qeyd edək ki, iyunun 8-9-da keçiriləcək oyunlarda ilk pillənin sahibi birbaşa Avropa kubokunun həlledici mərhələsinə vəsiqə qazanacaq. Qrup ikinciləri və üçüncüləri çarpaz şəkildə digər qrupla mərhələ adlayacaq növbəti komandanı müəyyənləşdirəcək.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin