Aziz Yıldırım vaxt verdi – “Cəmi 3 ay”
“Fənərbağça” prezidentliyinə namizəd Aziz Yıldırım yeni açıqlamalar verib.
BEY.AZ türk mediasına istinadən xəbər verir ki, Ali Koç rəhbərliyindəki klubda cəmi 3 ay sonra anlaşılmazlıqlar başlayacaq:
“Joze Mourinyo bir markadır. Siz ona müdaxilə edə bilməzsiniz. Amma bunlar edəcəklər. 3 gün oldu ora yeməyə apardılar, bura tədbirə apardılar”.
Sabiq prezident həmçinin deyib ki, Joze Mourinyo ilə ilk olaraq o anlaşıb:
“Mourinyo mənim və dostlarımın sayəsində gəldi. Gizli edə bilərdim, amma açıq-aşkar görüşdüyümü açıqladım. Romada hoteldə görüşdük və dedim ki, klubun sənə ehtiyacı var. Menecerinin telefonunu verdi və onunla görüşdük. 15 milyon avroya razılaşdıq. Daha sonra Ali bəy (Ali Koç) araya girdi, gətirdilər. Mən deməsəydim, gətirəcəkdilər? Mən prezident seçilsəm, Mourinyo ilə davam edəcəyəm”.
Aziz Yıldırım deyib ki, prezident seçiləcəyi halda əgər klubu ilk ilində çempion edə bilməsə, seçim keçirəcək.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |