fbpx

Dəli Kür bir gecədə üç dostun taleyini müəmmaya çevirdi



İyunun 2-də Tovuzda Kür çayına düşən avtomobildən çıxaraq xilas olan Turqut İbrahimov hadisənin detalları barədə danışıb.

Qeyd edək ki, hadisə zamanı içində dörd nəfər olan avtomobil çaya düşüb. Onlardan yalnız T.İbrahimov xilas olmağa nail olub.

O, hadisə baş verərkən içkili olduğunu söyləyib:

“Balıq tutmaq üçün getmişdik, evə gələndə qarşımızdakı yol bir anlıq yoxa çıxdı, görmədik. Sürücü içkili deyildi, biz isə içmişdik. Heç nə hiss etmədik, bir də gördük ki, sudayıq. Maşın çayda fırlanaraq məni suya atdı. Birtəhər üzməyi bacardım, sudan qırağa çıxdım. Batdığımız yerə gəlib bizimkiləri səslədim. Kolluğa baxdım, amma heç kim yox idi. Yardım istədim, mühafizə gəldi, tibbi yardım göstərdilər. Təcili tibbi yardım gələndən sonra isə məni xəstəxanaya çatdırdılar”.

BEY.AZ Baku tv-nin süjetini təqdim edir:




MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin