fbpx

Fransa yalnız bu halda “dirilə bilər”



“Şarl de Qolldan sonra Fransaya uğurlu prezident gəlməyib. Şarl de Qollun da qədrini fransızlar bilmədilər”.

Bunu BEY.AZ-a siyasətçi Akif Nağı deyib. Siyasətçi düşünür ki, Fransanı Avropada aparıcı ölkəyə çevirən, onun əvvəlki mövqeyini bərpa edən hansısa bir prezident olmasa da, onların ən uğursuzu Emanuel Makrondur:

“Avropanın hərbi gücü Fransa olsa da, iqtisadi gücü Almaniyaya aiddir. Bu iki dövlət digər bir neçə dövlətlə bir yerdə Avropanın taleyini həll edir. Onlar çalışırlar ki, Avropanı Almaniya və Fransa ilə bir yerdə güc mərkəzinə çevirsinlər. Angela Merkeldən sonra Almaniyada güclü bir lider yoxdu. Olaf Şolts isə Angela Merkelin siyasətini davam etdirə bilmir.

Tamamilə zəif bir mövqedə olan Avropa Makronun getməyi ilə bağlı Fransadan üz çevirib. Afrika və Asiya ölkələrində Fransanın keçmiş müstəmləkələri vardı. Onların hamısı geriyə çəkilib. Yaranmış bu aqressiv münasibətə səbəb Makronun Fransanı nüfuzdan saldığına görə baş verir”.

Makronun Cənubi Qafqaz siyasəti barədə danışan Akif Nağı vurğulayıb ki, Makron bu ümidləri də doğrutmadı:

“Fransa, Azərbaycana qarşı sərt, qarşıdurma mövqeyi tutdu. ABŞ kimi böyük bir dövlət Azərbaycanla sərt qarşıdurmaya getmədi. Başa düşdülər ki, regionun liderinə çevrilmiş dövlətlə təkcə təzyiq vasitəsi, diktə ilə münasibət qurmaq olmaz. Rusiya heç kəslə hesablaşmasa da, Azərbaycanın mövqeyinə hörmət edir. Hazırda Makronun bu vəziyyətə düşməsinin əsas səbəblərindən biri də Azərbaycanla münasibətləri düzgün qura bilməməsidir”.

Hazırda Ermənistanda da Fransaya qarşı ciddi bir simpatiya olmadığını qeyd edən Akif Nağı qeyd edib ki, rəsmi Parisin daxildə iqtisadi gücü də kifayət deyil:

“Fransada iqtisadi narazılıqlar var.Əhali vergilərlə bağlı hakimiyyətə qarşı sərt aksiyalar həyata keçirir. Son illərdə “sarı jiletlər”dən başlamış, maşınların yandırılmasına qədər kütləvi şəkildə aksiyalar keçirilir. Bunların hamısı Fransa hökumətinin yeritdiyi siyasətə qarşıdır. Makron qarşıdan gələn seçkilərdə daha böyük məğlubiyyətə uğrayacaq. Ondan sonra gələn siyasətini reallığa uyğun qurmalıdır. Artıq Fransanın taleyi ondan asılıdır.

Yeni rəhbər Makronun etdiyi səhvləri təkrarlamamalıdır. Azərbaycan və bütövlükdə regionla münasibətlərini düzgün istiqamətdə qurmalıdır. Bu halda Fransa üçün gələcəyi perspektivli hesab etmək olar”.

Gülbəniz Hüseynli / BEY.AZ






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin