fbpx

Hava limanında sərnişin dövriyyəsi mayda 36 % artıb

Rüya Yorumları burda


Bu ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 625 mindən çox sərnişinə xidmət göstərib.

BEY.AZ hava limanına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36 % çoxdur.

Ötən ay 14-ü aşağıbüdcəli (loukoster) olmaqla 34 aviaşirkət Bakıya və Bakıdan 4 905 uçuş həyata keçirib. Beynəlxalq marşrutlar üzrə sərnişin dövriyyəsinin 55 %-i xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) payına düşüb. Ümumilikdə xarici aviaşirkətlər 314 mindən çox, AZAL isə 252 min sərnişin daşıyıb. Bu müddətdə Naxçıvan istiqamətində 60 minə yaxın sərnişinə xidmət göstərilib.

Əhəmiyyətli artım tranzit sərnişinlərin sayında müşahidə olunub – 2023-cü ilin may ayı ilə müqayisədə 2 dəfə artaraq 29,7 min nəfər təşkil edib.

Mayda Bakıdan ən populyar beynəlxalq istiqamətlər sırasında İstanbul, Moskva, Tbilisi, Dubay, Əbu-Dabi, Ankara, Şarja, Dehli, Sankt-Peterburq və Doha şəhərləri olub. Bu istiqamətlərdə 354 mindən çox sərnişinə xidmət göstərilib.

Rüya tabirlerini burdan oku

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinlər üçün maksimum rahatlıq, yüksək keyfiyyətli xidmət göstərməyə çalışaraq infrastrukturunu təkmilləşdirməkdə və marşrut şəbəkəsini genişləndirməkdə davam edir.






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu