Bu ölkələr Ukrayna ilə bağlı imzalarını geri çəkdilər
İsveçrədə keçirilmiş Ukrayna üzrə Sülh Sammitinin kommünikesini imzalayan ölkələrin siyahısı azalıb.
BEY.AZ Report-a istinadən xəbər verir ki, bu barədə İsveçrə hökumətinin saytında dərc olunmuş siyahıdan məlum olub.
Siyahıya görə, İraq və İordaniya artıq imzalayanlar sırasında yoxdur. Beləliklə, imzalayanların sayı 80-dən 78-ə, imzalamayan ölkələrin sayı isə 15 olub.
İraq və İordaniyanın niyə imzalarını geri çəkməsinin səbəbi bəlli deyil.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |