fbpx

Türkiyə – Gürcüstan matçında xoşagəlməz hadisə baş verdi



Avropa çempionatının F qrupunda keçirilən Türkiyə – Gürcüstan matçından öncə stadionda hər iki ölkənin azarkeşləri arasında kütləvi dava düşüb.

BEY.AZ xəbər verir ki, məlumatı “Reuters” yayıb. Türkiyəli azarkeşlərin olduğu hissə qapının arxasında yerləşir. Onun yanında küncdə Gürcüstan millisinin azarkeşləri var. Bəzi azarkeşlər oturacaqlarından atılaraq əlbəyaxa davaya başlayıblar. Hər iki tərəf də bir sektordan digərinə yad əşyalar atıb.

Polisin müdaxiləsindən sonra azarkeşləri sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda Türkiyə və Gürcüstan yığmaları üz-üzə gələcək.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin