fbpx

Bu gün daha üç oyun keçiriləcək



Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti oyunları baş tutacaq.

BEY.AZ xəbər verir ki, günün ilk qarşılaşması Münhen şəhərində Sloveniya və Serbiya seçmələri arasında baş tutacaq.

Sloveniyalılar C qrunun ilk matçında Danimarka ilə bərabərə qalıblar – 1:1. Serblər isə İngiltərəyə 0:1 hesabı ilə məğlub olublar.

Bu qrupun digər oyununda isə Danimarka və İngiltərə komandaları Frankfurtda münasibətlərinə aydınlıq gətirəcəklər.

Günün sonunda B qrupunda İspaniya – İtaliya qarşılaşması keçiriləcək. Oyun Helzenkirhen şəhərində reallaşacaq.

İlk turda İspaniya Xorvatiyaya 3:0, İtaliya isə Albaniyaya 2:1 hesabı ilə qalib gəlib.

AVRO-2024

20 iyun

II tur

C qrupu

17:00. Sloveniya – Serbiya

Baş hakim: İştvan Kovaç (Rumıniya).

Münhen, “Alyans Arena”.

20:00. Danimarka – İngiltərə

Baş hakim: Artur Diaş (Portuqaliya).

Frankfurt, “Valdştadion”.

B qrupu

23:00. İspaniya – İtaliya

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

Helzenkirhen, “Feltins Arena”.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin