fbpx

Mingəçevirdə güclü külək faciəyə səbəb oldu



Mingəçevirdə güclü küləyin ağacları aşırması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

BEY.AZ-ın Report-a istinadən məlumatına görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan biri – 2003-cü il təvəllüdlü R.Qasımzadə ölüb.

Digər zərərçəkənlər – 1969-cu il təvəllüdlü G.Sadıqov, 1994-cü il təvəllüdlü Y.Nuriyev, 1981-ci il təvəllüdlü R.Qədirov və 2 azyaşlıdır.

Onların vəziyyəti qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

***

21:52

Mingəçevir şəhərində güclü külək nəticəsində bir neçə ağac aşıb.

BEY.AZ-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin müxtəlif ərazilərində qeydə alınıb. Küləyin ağacları aşırması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hadisə nəticəsində nəqliyyat vasitələrinə də zərər dəyib.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin