fbpx

İmtahanda yüksək bal toplayan ana və qızları danışdılar



Test imtahanında ana və iki qızı yüksək nəticə əldə ediblər. Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin üç müəllimi Asya Yusifova 58 bal, onun qızları – Mehriban Şikarlı 58 bal, Günel Şikarlı isə 59 bal toplayıblar.

BEY.AZ xəbər verir ki, onlar sevinclərini “Xəzər Xəbər”lə bölüşüblər. Asya Yusifova sualların asan olduğunu bildirib:

“Riyaziyyat-informatika fənnini tədris edirəm. Suallar gözlədiyimdən də asan idi”.

Qeyd edək ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə sertifikatlaşdırma prosesinin 21, 22 və 24 iyun tarixlərində keçiriləcək test imtahanı mərhələsinə 1 930 nəfər təhsilverən cəlb olunub.

Ətraflı süjetdə:









MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin