Paşinyan Əliyevin bu təklifini qəbul etdi
Baş nazir Nikol Paşinyan regional məsələlərin Azərbaycan-Türkiyə-Gürcüstan-Ermənistan formatında müzakirə edilməsini istəyir.
BEY.AZ “Teleqraf.com”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, Paşinyan partiyasının iyunun 20-də keçirilən qapalı iclasında müzakirə gündəliyini dəyişərək komanda üzvlərini təəccübləndirib:
“Əvvəlcə səhiyyə məsələlərinin müzakirəsi barədə razılıq əldə edilmişdi, amma iclas başlayan kimi, baş nazir Ermənistanın xarici siyasət strategiyasını önə çəkərək, Avropa və Rusiya ilə əlaqələrin müzakirəsini təklif edib. Həmçinin regional məsələlərin Azərbaycan-Türkiyə-Rusiya-İran-Gürcüstan-Ermənistan formatında müzakirə edilməsi təklifini irəli sürüb. Paşinyan niyə gündəmdən kənara çıxması ilə bağlı tutarlı izahat verməyib”.
“Hraparak” xatırladır ki, dünən hakim partiyanın üzvləri parlamentdə Paşinyan hökumətindən Avropa Birliyinə (AB) üzvlük məsələsinin referenduma çıxarılmasını tələb ediblər: “Partiya üzvləri şübhələnirlər ki, Paşinyan xarici siyasət oriyentasiyası ilə bağlı bu qapalı müzakirələri bərpa etməklə Ermənistanın AB-yə üzvlük məsələsində tələsməməli olduğu tezisini yenidən aktivləşdirməyə çalışır”.
Qeyd edək ki, Azərbaycan-Türkiyə-Rusiya-İran-Gürcüstan-Ermənistan və ya 3+3 formatı 44 günlük müharibədən sonra Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |