fbpx

Xaricdə təhsillə bağlı sənəd qəbulu başa çatdı



“Gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair
2022–2026-cı illər üçün Dövlət Proqramı”na 2024–2025-ci
tədris ili üçün sənəd qəbulu başa çatıb.

Bu barədə BEY.AZ-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Dövlət Proqramına 16 ölkənin 103 ali təhsil müəssisəsi üzrə 835
namizəd müraciət edib. Onlardan 209 nəfər bakalavriat, 626 nəfər isə
magistratura səviyyəsi üzrə təhsil almaq arzusundadır.
Daha çox müraciət olunan ölkələr sırasında Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığı, ABŞ, Türkiyə, İtaliya, Almaniya, daha çox
müraciət olunan ixtisas istiqamətləri sırasında isə informasiya
texnologiyaları, dövlət idarəetməsi, statistika və verilənlərin təhlili,
mühəndislik, maliyyə yer alır.


Bununla yanaşı, Dövlət Proqramına dünyanın ən yaxşı universitetləri üzrə top-10-da yer alan ali təhsil müəssisələrinə qəbul üçün müraciət
sayı 150-dən çoxdur. Məlumatda bildirilir ki, sənədlərin ekspertizası bitdikdən sonra müsahibələrin həyata keçirilməsi və ilkin nəticələrin iyul ayında elan edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində hər il 80-i bakalavriat, 320-si magistratura üzrə olmaqla, ümumilikdə 400 nəfərədək Azərbaycan vətəndaşının təhsilinin maliyyələşdirilməsi üçün yer ayrılır.

Məsumə Məmmədli / BEY.AZ






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin