fbpx

Azərbaycanda məişət zorakılığına qarşı mübarizə mexanizmləri

Rüya Yorumları burda


Hüquqi çərçivə

Beynəlxalq təcrübədə olduğu kimi, Azərbaycandada məişət zorakılığına yol açan səbəblərin başlanğıc nöqtəsi kimi gender bərabərsizliyi amili götürülür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hesabatında qeyd edilir ki, məişət zorakılığı ilə mübarizə sahəsində mövcud olan hüquqi mexanizmlərə ilk növbədə gender bərabərliyi aspektindən yanaşılır ( https://family.gov.az/store/media/Hesabat.pdf ).

Gender bərabərliyinin hüquqi əsasları Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapır. Konstitusiyanın 25-ci maddəsində qeyd edilir ki, qanun qarşısında hamı bərabərdir; kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Bu maddə vətəndaşların hüquq və azadlıqlarının irqi, milli, dini və cinsi mənsubiyyətə, həmçinin, danışdığı dilə, əqidəsinə, siyasi baxışlarına görə məhdudlaşdırılmasını qadağan edır. 2006-cı ildə qəbul olunmuş “Gender bərabərliynin təminatları haqqında” Azərbaycan Respiblikasının Qanunu isə ölkədə gender bərabərliyinin təmin olunmasının hüquqi mexanizmlərini təsbit edir.

22 iyun 2010-cu il tarixdə qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunuməişət zorakılğı ilə mübarizə sahəsində münasibətləri tənzimləyən əsas hüquqi aktdır. Qanun məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir ( https://e-qanun.az/framework/20131 ).

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 19 dekabr 2011-ci il tarixdə qəbul edilmiş “Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi işin aparılması Qaydası”, həmçinin, “Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları”, 24 fevral 2012-ci il tarixdə qəbul edilmiş “Məişət zorakılığı barədə şikayətlərə baxılma Qaydası”, o cümlədən,“Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin formalaşdırılması Qaydası” ölkəmizdə məişət zorakılığının qarşısının alınması, yaxud, məişət zorakılığından zərər çəkən şəxslərin haqlarının bərpa edilməsi üçün təminatlar yaradır.

Rüya tabirlerini burdan oku

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 dekabr 2011-ci il tarixli 207 nömrəli Qərarı məişət zorakılığı ilə bağlı məlumat bankının təşkil edilməsini nəzərdə tutur. Qərara uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığı ilə bağlı məlumat bankı yaradıb. Məlumat bankında məişət zorakılığı halları üzrə baş vermiş məlumatlar, həmçinin, məişət zorakılığı halları ilə bağlı dövlət orqanlarına müraciət etmiş şəxslər, aparılmış araşdırmalar, məsuliyyətə cəlb edilmiş şəxslər və digər bu kimi məsələlər üzrə informasiyalar toplanılır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 158-ci maddəsi məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət müəyyən edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi bu qəbildən olan kriminal və ictimai təhlükəli əməllərə görə cəzalar müəyyən edir.

İnzibati mexanizmlər

Azərbaycanda məişət zorakılığı tipində problemlərin həlli ilə məşğul olmaq üçün ixtisaslaşmış dövlət qurumu – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) yaradılıb.

Komitə məişət zorakılığından əziyyət çəkənlər üçün praktiki yardımı təmin edir. Bu məqsədlə AQUPDK-nun tabeçiliyində 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi yaradılıb və fəaliyyət göstərir. Həmçinin, zorakılıqdan əziyyət çəkənlər üçün respublikanın iki böyük şəhərində sığınacaqlar təşkil edilib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2007-ci ildə Şüvalan və Goranboy Mərkəzləri, 2010-cü ilin dekabrında isə daha 9 mərkəz (Zaqatala, Qəbələ, İsmayıllı, Göygöl, Ağdam, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab) AQUPDK-nun tabeçiliyinə verilib. Dəstək Mərkəzləri alternativ qayğı modelində, icmalarda risk qruplarından olan uşaq, qadın və ailələrə göstərilən dəstəyi həyata keçirir.

2008-2015-ci illərdə icra edilmiş “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” çərçivəsində Yerli İcra Hakimiyyəti orqanlarının nəzdində “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları” formalaşdırılıb. Monitorinq qruplarına yerli İcra Hakimiyyəti başçılarının müavinləri sədrlik edirlər. Monitorinq qruplarının üzvləri yerli Təhsil şöbəsinin, Səhiyyə şöbəsinin, Polis şöbəsinin, Prokurorluğun, Əhalinin Sosial Müdafiə Mərkəzinin və rayon Qeydiyyat şöbəsinin əməkdaşlarından ibarətdir ( https://family.gov.az/az/post/1709/meiset-zorakiligi-ile-bagli-gorulen-isler ).

2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nəzdində məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsi yaradılıb. Şöbəyə qəbul edilən şəxslərin sosial-hüquqi və psixoloji dəstəklə təmin edilmələri istiqamətində işlər aparılır.

Məişət zorakılığı sahəsində problemlərin qarşısının alınması üçün ölkəmizdə sistemli və təkmil proqramlar tərtib olunur. Bu məqsədlə “Məişət zorakılığı ilə mübarizə üzrə milli fəaliyyət planı” hazırlanaraq qəbul edilib. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üzrə Milli Fəaliyyət Planı” təsdiq edilib.

Məqalə Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi tərəfindən hazırlanıb.


Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. KİV təmsilçilərində məişət zorakılığı mövzusunda informasiya verilməsini məhdudlaşdıran şərtlər barədə təsəvvür formalaşdırmaq məqsədi daşıyır.

Fəaliyyət Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan “Məişət zorakılığının qarşısının alınmasında medianın rolunun artırılması” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 7 məqalənin dərc edilməsi nəzərdə tutulub.


AZƏRBAYCAN RESPUBLİKASININ


QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA


DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu