fbpx

Bu gün növbəti 1/4 finalçılar müəyyənləşir



Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün növbəti 1/4 finalçılar müəyyənləşəcək.

BEY.AZ bildirir ki, günün ilk qarşılaşması Düsseldorfdakı “Esprit Arena”da Fransa və Belçika milliləri arasında keçiriləcək.

Fransa D, Belçika isə E qrupunun ikincisi kimi 1/8 finalda mübarizə aparmaq hüququ qazanıb.

Bakı vaxtı ilə saat 23:00-da isə “Frankfurt Arena”da Portuqaliya və Sloveniya yığmaları münasibətlərə aydınlıq gətirəcəklər. Portuqaliya F qrupunun lideri kimi 1/8 finala vəsiqə qazanıb. Sloveniya isə C qrupundan ən yaxşı üçüncü kimi növbəti mərhələyə yüksəlib.

AVRO-2024

1/8 final

1 iyul

20:00. Fransa – Belçika

Baş hakim: Qlenn Nyuberq (İsveç).

Düsseldorf, “Esprit Arena”.

23:00. Portuqaliya – Sloveniya

Baş hakim: Daniel Orsato (İtaliya).

“Frankfurt Arena”.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin