Azərbaycan və Çin iqtisadi əməkdaşlığı müzakirə etdi
Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlıq müzakirə edilib.
BEY.AZ xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Çinlə iqtisadi əməkdaşlığımızın gündəliyində bir sıra qarşılıqlı faydalı məsələlər var. Cianqsu Əyalət Hökumətinin baş katibinin müavini Sü Huaçinlə görüşdə ticarət, investisiya, nəqliyyat, kənd təsərrüfatı, turizm və digər sahələrdə işbirliyi imkanlarını müzakirə etdik”, – deyə o qeyd edib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |