fbpx

Flora Kərimova “A klass” müğənni deyil



“Yüksəkbüdcəli müğənnilər özlərinə “A klass” deyir. Nə keçmişləri, nə indiki halları bir şeydir. Sadəcə, olaraq özlərini “A klass” kimi göstərirlər. 10-15 nəfər bunu öz aralarında saxlayırlar və elə bilirlər həyat onlardan ibarətdir. Bunu da yeyən insan var”.

BEY.AZ Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Sərxan Kərəmoğlu “Xəbərin var?” proqramında deyib. O, müğənnilərin kateqoriyaya bölünməsini tənqid edib:

“Aygün Kazımova və Röya Ayxanı qoyuram başqa bir köşəyə, toxunulmazdırlar. Onlar ulduzdur, nə A, nə B-yə daxildir, həyat tərzləri ulduz həyatıdır. Bunlara dəymirəm”.

Aparıcıların “Brilliant Dadaşova, Faiq Ağayev, Natavan Həbibi, Lalə Məmmədova” sözlərinə Sərxan bu cür reaksiya verib:

“Sənətkardan söhbət gedirsə, bunlardan biri Zeynəb Xanlarovadır, Fidan və Xuraman Qasımova bacılarıdır. Görüm, onları toya apara bilirsən. “A klass” insanlar toya getmir, oxumur. Özünə “A klass” deyir, gedib toyda oxuyur, gözü də qalır adamların əlində ki, gətirib buna pul verəcək. Hamımız eyni cığırdayıq”.

“Flora Kərimova “A klass”dır, toya da gedir” deyən aparıcı İsa Şükürovun sözlərinə Sərxan “Deməli, “A klass” deyil. Efirə çıxıb kişilikdən, namusdan danışır, camaata ağıl verirlər. Toyda isə göz oynayır ki, kimsə gətirib əlinə pul versin” cavabını verib.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin