fbpx

Bakı metrosu ilə rekord sayda sərnişin daşınıb



Ötən ay “Bakı Metropoliteni” QSC 18 milyon 105 min 185, o cümlədən 518 min 603 güzəştli sərnişin daşıyıb.

Bu barədə BEY.AZ-a QSC-dən bildirilib.

Məlumata əsasən, bu, cari ilin may ayı ilə müqayisədə müvafiq olaraq 14% və 5% az, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 15% çoxdur.

Hesabat dövründə orta statistik hesabla gün ərzində metropolitenə 603 min 506 sərnişin daxil olub. Milli bayramlar və istirahət günləri də daxil olmaqla ay ərzində 13 qeyri-iş günü olub. Bayram və istrahət günlərində 6 milyon 2 min 884, qalan 17 iş günündə isə 12 milyon 102 min 301 sərnişinə daşıma xidməti göstərilib. Orta statistik hesabla metropoliten hər iş günündə 711 min 900, hər qeyri-iş günündə 461 min 760 sərnişin daşıyıb. Ən çox sərnişin daşınan gün iyun ayının 14-ü olub (737 min 749). Ayın 16-da isə ən az sərnişin daşınıb (365 min 897).

Ötən ay metropoliten tarixində ən rekord sayda sərnişin daşınmış 2019-cu ilin bir aylıq göstəricisindən daha çox sərnişin daşınıb. Cari ilin iyun ayında 2019-cu ilin həmin dövrünə nəzərən, 0,3 % çox sərnişin bu nəqliyyat növünün xidmətindən istifadə edib.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin