fbpx

Azərbaycanda 900 minə gəmi satılır



Azərbaycanda dövlətə məxsus “Vixr” tipli gəmi hərraca çıxarılacaq.

BEY.AZ bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, iyulun 23-də və 30-da Azərbaycanda dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərraclar keçiriləcək. Hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi, 34 nəqliyyat vasitəsi və müxtəlif növ avadanlıqlar çıxarılacaq.

Səhmdar cəmiyyətləri sənaye, xidmət sahələrinə aiddir. Onların 30-44 %-lik səhm paketi özəlləşdirilməyə çıxarılıb. Nəqliyyat vasitələrinin isə markaları müxtəlifdir. Onların sırasında gəmi də var. İlkin qiyməti 900 000 manat olan “B-98” layihəli gəmi alıcılara təklif olunur. Hərraca çıxarılan avtomobillərin istehsal tarixi 1993-2019-cu illər arasında dəyişir.

Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3BfQrn linki vasitəsilə tanış olmaq mümkündür.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər beh ödəyərək iştirakçı statusu əldə etmək olar.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin