fbpx

Bakıda avtobusların yenilənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Rüya Yorumları burda


“Bu gün Bakıda, xüsusən də ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən avtobuslar texniki baxımdan köhnəldiyindən müasir tələblərə və qüvvədə olan ekoloji standartlara qəti cavab vermir. Bu avtobuslar istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var”.

Bunu BEY.AZ-a açıqlamsında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib. O bildirib ki, paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə qurum tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb:

“Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq ediliəcək”.

Tural Orucov qeyd edib ki, ilk olaraq marşrut şəbəkəsinin tətbiqi Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərən yeni marşrutlar üzrə başlanılıb:

“28 May” metro stansiyasını Günəşli qəsəbəsi ilə əlaqələndirən 46 nömrəli müntəzəm marşrutun istismarı isə müsabiqədə qalib gələn yeni daşıyıcı tərəfindən həyata keçirilir. M.Şərifli küçəsi (Vərəm dispanseri) – Xətai rayonu Cavanşir küçəsini əlaqələndirən 12 nömrəli müntəzəm marşrutda müasir və rahat avtobuslar istifadəyə verilib.

Rüya tabirlerini burdan oku

Avtobus parkının yenilənməsi ilə bağlı mütəmadi olaraq daşıyıcı şirkətlər qarşısında məsələ qaldırılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydaları müsabiqəyə təqdim olunur. Müsabiqələrdə balanslarında müasir və saz vəziyyətdə avtobusları olan daşıyıcılar qalib gələrək xətlərin istismarını həyata keçirirlər”.

Seyranə Quliyeva / BEY.AZ






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu