fbpx

ATMU növbəti dəfə İSO standartları üzrə sertifikata layiq görüldü

Rüya Yorumları burda


Norveç Krallığının DNV, AS şirkətinin ölkəmizdəki nümayəndəliyi tərəfindən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsində İSO 9001:2015 – Keyfiyyət idarəetmə sistemi, Turizm və qonaqpərvərlik və Sosial menecment fakültələrində isə İSO 21001:2018 – Təhsilin idarəedilməsi üzrə dövri audit keçirilib.

BEY.AZ bildirir ki, auditi uğurla tamamlayan ATMU “Turizm və qonaqpərvərlik və sosial menecment sahələrində mütəxəssislərin hazırlanması” sahəsində sözügedən İSO standartları üzrə fəaliyyətinə davam etməkdədir.

Qeyd edək ki, ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsi ilk dəfə 2019-cu ildə bu sertifikata layiq görülüb, ötən il isə həmin standart üzrə sertifikat müddətinin uzadılmasına nail olub. Bununla yanaşı, 2023-cü ildə Turizm və qonaqpərvərlik və Sosial menecment fakültələrində digər standart üzrə sertifikatlaşmanı uğurla başa çatdırıb.

ATMU-nun adıçəkilən sertifikatlara layiq görülməsi müvafiq ixtisaslar üzrə kadr hazırlığında təlim və tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğun təhsil siyasəti həyata keçirdiyinin göstəricisidir.



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu