fbpx

Messi dünyanın ən yaxşı qapıçısını açıqladı



Lionel Messi, Emiliano Martinezin Argentina yığmasının Ekvador üzərində penaltilər seriyasında qazandığı qələbədən sonra “dünyanın ən yaxşı qapıçısı” olduğunu bildirib.

BEY.AZ xəbər verir ki, Martinez Dünya Kubokunun finalında olduğu kimi “Copa America”da da yaxşı oyun nümayiş etdirir. İnstaqram hesabında paylaşım edən Messi bunları deyib:

“Daha bir addım… Çətin rəqibə qarşı çox əziyyət çəkdik. Hər kəsin əməyi sayəsində yarımfinala çıxdıq və bunun da üzərinə dünyanın ən yaxşı qapıçısına sahibik”.

Qeyd edək ki, Emiliano Martinez 1-1 hesabı ilə yekunlaşan əsas vaxtdan sonra penaltilər seriyasında iki seyv etmişdi.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin