Məşhur restoranın fəaliyyəti məhdudlaşdırıldı
Paytaxtın Y.Məmmədəliyev küçəsi, ev 24, m.1 ünvanında fəaliyyət göstərən “Biblioteka” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.
BEY.AZ xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, müəssisə rəhbərliyi barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib.
Faktla bağlı araşdırmalar davam edir.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |