fbpx

Seçkiləri bütün qitələrdən nümayəndələr izləyəcək



“Seçkiləri müşahidə etmək üçün Azərbaycana bütün qitələrdən nümayəndə heyətləri gəlir”.

BEY.AZ xəbər verir ki, bunu növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, Azərbaycanda seçkiləri müşahidə etmək üçün 3 qurum dəvət göndərir:

“Bizim geniş coğrafiyada əlaqələrimiz var. Artıq biz təşkilatlara dəvətlər göndəririk”.

M. Pənahov, həmçinin bildirib ki, Prezidentin tapşırığı ilə Azərbaycanda 1000 məntəqədə veb-kameralar quraşdırılıb:

“Dünyanın istənilən yerindən MSK-nın saytında seçkiləri veb-kameralar vasitəsilə izləmək olur və veb-kameralar vasitəsilə seçkiləri müşahidə edənlərin sayı da ildən ilə artır. Bəzi ölkələrdə bu veb-kameralardan seçkini müşahidə etmək üçün icazə alırlar. Amma Azərbaycanda belə deyil”.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin