fbpx

Bu il əhali içki və tütünə nə qədər pul verib?



2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 259.6 milyon manatlıq içki və tütün məmulatları satılıb.

BEY.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 7.7% çoxdur. Belə ki, ötən ilin yanvar-iyun ayları ərzində ölkədə 1 milyard 169.8 milyon manatlıq içki və tütün məhsulları satılıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarındapərakəndəticarət şəbəkəsində istehlakçılara 27 milyard 251,2 milyon manatlıq məhsul satılıb. Bu dövrdə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6%-i ərzaq məhsullarının, 4,6%-i içkilər və tütün məmulatlarının, 12,9%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7%-i avtomobil benzini və dizel yanacağının, 4,7%-i elektrik malları və mebellərin, 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Xatırladaq ki, cari ilin birinci yarısında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 445,7 manatlıq, o cümlədən 245,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 199,8 manatlıq qeyri-ərzaq malları alıb.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin