fbpx

Azərbaycan Basketbol Federasiyasına yeni təyinat



Azərbaycan Basketbol Federasiyasında (ABF) yeni təyinat reallaşıb.

BEY.AZ xəbər verir ki, bu barədə federasiyadan məlumat verilib. Bildirilib ki, türkiyəli mütəxəssis Turqay Zeytingöz federasiyanın idman direktoru vəzifəsinə təyin olunub.

Qurumun rəyasət heyətinin qəbul etdiyi qərara əsasən onunla iki illik müqavilə imzalanıb.

Müqaviləyə görə, Turqay Zeytingöz aşağı yaş qruplarında olan uşaq basketbolçuların və yerli gənc məşqçilərin inkişafı, Azərbaycan basketbolunda əsaslı infrastrukturun qurulması və möhkəmləndirilməsi, müxtəlif yaş qrupları üzrə milli komandalara nəzarət və Azərbaycan Basketbol Liqasında (ABL) keyfiyyətin artırılmasına dair işlərə cavabdeh şəxs olacaq.

T.Zeytingöz sonuncu dəfə Türkiyənin “Qalatasaray” basketbol klubunun kişilərdən ibarət komandasında idman direktoru vəzifəsini icra edib.

O, daha əvvəl Türkiyənin gənclərdən ibarət milli komandalarında idman direktoru vəzifəsində çalışıb. Bu dönəmdə bir dəfə Avropa çempionatının qızıl, iki dəfə isə bürünc medalını qazanıb.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin