fbpx

Maliyyə axını 4 mlrd. manatdan çox artıb

Rüya Yorumları burda


Cari ilin II rübündə Azərbaycanda maliyyə axını 26 milyard 451 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8% və ya 4 milyard 180 millyon manat çoxdur.

BEY.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin II rübündə ölkədə maliyyə axını 22 milyard 271 milyon manat təşkil edib.

Qeyd edilib ki, 2024-cü ilin ikinci rübündə ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (27.9%), topdan və pərakəndə ticarət (15.1%) və tikinti (11.7%) olub. Daxilolmalarda ötən ilin müvafiq dövrünə nəzərən artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə dövlət idarəetməsi, müdafiə (1.6 mlrd. manat artım) və tikinti (722.8 mln. manat artım) sahələri olub.






Rüya tabirlerini burdan oku
MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu