fbpx

Selcan Familzadə yüksək posta gətirildi



Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Selcan Familzadə Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Bu barədə BEY.AZ-a Baş Prokurorluqdan məlumat verilib.

Qeyd edilib ki, Selcan Familzadə 2016-cı ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. O, əvvəllər Ağsu rayon prokurorunun köməkçisi və Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru vəzifələrində işləyib.

Prokurorluq orqanlarında gender bərabərliyi nəzərə alınmaqla gənc, peşəkar və savadlı kadrların komplektləşdirilməsi bundan sonra da həyata keçiriləcək.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin