fbpx

Azərbaycan UEFA reytinqində irəlilədi



Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.

BEY.AZ xəbər verir ki, bu, avrokuboklarda II təsnifat mərhələsinin cavab oyunlarının nəticəsinə əsasən mümkün olub.

23-cü sırada yer alan ölkənin əmsalı 18,375-ə bərabərdir.

“Qarabağ” Çempionlar Liqasında Cəbəllütariqin “Linkoln” komandasının qapısına beş cavabsız qol vurub. “Köhlən atlar” səfərdə də qalib gəlmişdi – 2:0.

“Zirə” ötən gün Slovakiyada “DAK 1904” klubunu üstələyib – 2:1. “Qartallar” ilk dueldə inamlı qələbə əldə edib – 4:0.

“Sabah” əlavə vaxtda İsrailin “Makkabi” (Hayfa) kollektivinə uduzduğu (3:6) matçın (ilk oyun 3:0) penaltilər seriyasında (3:2) qalib gələrək mərhələ adlayıb.

Evdə Macarıstan təmsilçisi “Fehervar”a məğlub olan “Sumqayıt” səfərdə qolsuz heç-heçə etsə də, mübarizəni dayandırmalı olub.

Bu qarşılaşmalar reytinqdə Azərbaycana 0,625 xal qazandırıb.

55 ölkənin reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin