fbpx

Sosial yardımın məbləği artırılır? – AÇIQLAMA

Rüya Yorumları burda


Ünvanlı sosial yardımın artırılması birbaşa ehtiyac meyarının dəyişdirilməsi ilə bağlıdır.

BEY.AZ Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O qeyd edib ki, ehtiyac meyarı artırılanda avtomatik olaraq, ünvanlı sosial yardım məbləğində də artımlar baş verir.

“Son illər ehtiyac meyarının artırılması reallaşıb. Bu da ünvanlı sosial yardım məbləğinə təsir göstərib. 2025-ci ilin büdcə paketi təqdim edilən zaman ünvanlı sosial yardımda hansı səviyyədə artımların olacağı müəyyənləşəcək. Əgər büdcə paketində ehtiyac meyarının artırılması ilə bağlı sənəd olarsa, bu, praktik olaraq 2025-ci ilin yanvar ayından etibarən ünvanlı sosial yardımın məbləğində artım olmasına gətirib çıxaracaq.

Ona görə də ünvanlı sosial yardım məbləğini artıran əsas meyar ehtiyac meyarıdır və bu kontekstdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ehtiyac meyarının artırılması təklif olunarsa və bu, büdcə sənədində təsdiqini taparsa, artım baş verir”, – deyə o əlavə edib.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 4 mlrd. 382 mln. manat vəsait ödənilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 408,5 mln. manat və ya 10,3 faiz çoxdur.






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu