fbpx

Sərnişin təyyarəsi Bakıya təcili eniş etdi

Rüya Yorumları burda


İstanbul-Səmərqənd reysini həyata keçirən “Uzbekistan Airways” aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş sorğusu göndərib. Buna səbəb sərnişinlərdən birinin səhhətinin kəskin şəkildə pisləşməsi olub.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən BEY.AZ-a bildirilib ki, hava limanının bütün xidmətləri vəziyyətə operativ reaksiya göstərmək məqsədilə tam hazırlıq vəziyyətinə gətirilib.

“Airbus A320” təyyarəsi yerli vaxtla saat 18:45-də Bakı hava limanına uğurla eniş edib. Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib. Səhhəti yaxşılaşdıqdan sonra özünün razılığı ilə sərnişin təyinat məntəqəsinə doğru yoluna davam edib.

Təyyarə yerli vaxtla saat 21:07-də Bakıdan Səmərqəndə yola düşüb.



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu