fbpx

Mövsümün açılış matçında “Qarabağ” böyükhesablı qələbə qazandı



Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünə start verilib.

BEY.AZ-ın məlumatına görə, I turun açılış matçında son çempion “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gəlib.

“Liv Bona Dea Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Köhlən atlar”ın heyətində 6-cı dəqiqədə Redon Cica hesabı açıb. 3 dəqiqə sonra Riçard Almeyda fərqi iki topa çatdırıb. 47-ci dəqiqədə Hamidu Keyta qonaqların üstünlüyünü bir qədər də möhkəmləndirib. Naxçıvan təmsilçisinin heyətində 86-cı dəqiqədə Nuno Rodriqes buraxılan qollardan birinin əvəzini çıxsa da, final fitinə iki dəqiqə qalmış adını tabloya yazdıran Abbas Hüseynov “Qarabağ”ın böyükhesablı qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, turun digər qarşılaşmaları 3-4 avqustda gerçəkləşəcək.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin