Millimizin futbolçusu Türkiyə klubunda
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını yenidən Türkiyədə davam etdirə bilər.
BEY.AZ xəbər verir ki, bu barədə türk jurnalist Rəşad Can Özbudaq şəxsi X hesabında paylaşım edib.
Can Özbudaq bildirib ki, 1-ci Liqada çıxış edən “Ankaragücü”nün 25 yaşlı hücumçunun keçidini yekunlaşdırmaq üzrədir.
Qeyd edək ki, müqavilə ilə İsveçrənin “Qrasshopper” klubuna məxsus olan Renat Dadaşov ötən mövsüm icarə əsasında Türkiyədə “Hatayspor”un formasını geyinib. Onun İsveçrə təmsilçisi ilə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |