fbpx

Türk idmançı ilə Maskın dialoqu gündəm oldu



Parisdə keçirilən Yay Olimpiya oyunlarında 10 metrə pnevmatik silahla atışda Türkiyəyə gümüş medal qazandıran və atış sırasındakı duruşu ilə dünyada gündəm olan Yusuf Dikeç “X” sosial şəbəkəsində Elon Maska sual yönləndirib.

BEY.AZ bildirir ki, türk idmançı qeyd edib:

“Salam Elon, sizcə gələcəyin robotları əlləri ciblərində olimpiyadalarda medal qazana biləcək? Bu barədə qitələri birləşdirən mədəniyyət paytaxtı İstanbulda müzakirə aparmağa nə deyirsiniz?”

Elon Maskın buna cavabı da gecikməyib. O, paylaşıma cavab olaraq yazıb:

“Robotlar hər zaman hədəfi tam ortadan vuracaq. İstanbula gəlməyi səbrsizliklə gözləyirəm. Dünyanın ən böyük şəhərlərindən biridir”.




MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin