Şoyqu İrana getdi
Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana gedib.
BEY.AZ xarici mediaya istinadən xəbər verir ki, səfər zamanı bir sıra rəsmi şəxslər ilə görüşlər nəzərdə tutulub.
Bildirilib ki, S.Şoyqu adı çəkilən ölkənin Milli Təhlükəsizlik üzrə Ali Şurasının rəhbəri Əli Əkbər Əhmədian və Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Məhəmməd Baqeri ilə danışıqlar aparacaq.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |