fbpx

Livandan İsrailin şimalına raket hücumu – ARMY.AZ

Army.az-a istinadən bildiririk ki

1 Baxış ✓.

Livandan İsrailin şimalına raket və PUA-larla hücum təşkil edilib. İsrail ordusu Livanın cənubunu da vurub. Hücum zamanı Hizbullahdan iki nəfər həlak olub.

Məlumata görə, İsrailin şimalında sirenlərin səsləndiyi bildirilib. Livan ərazisindən İsrailin şimalına hücum edilib.

Hücumlarda ölən və yaralananların sayı ilə bağlı məlumat verilməyib.

İsrail də Livanın cənubuna hücum edib.

Livan Səhiyyə Nazirliyinin açıqlamasına görə, İsrailin hava hücumu nəticəsində ölkə sərhədindəki Hula qəsəbəsində bir ev vurulub.

İlkin məlumata görə, hücum nəticəsində bir nəfər ölüb.

Bundan əlavə, Beyt Lif şəhərinə hava hücumu nəticəsində 3 nəfər yaralanıb.

Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, Beyt Lif və Hulada hədəf alınan evlərin dağıntıları altında axtarış-xilasetmə işləri davam edir.



Mənbə: ARMY.AZ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin