Qonşusu tərəfindən öldürülən Bəhruz fotoqraf imiş
Xəbər verdiyimiz kimi, avqustun 4-də Qaradağ rayonu Qobu qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Bəhruz Məmmədov kəsici-deşici alətlə qətlə yetirilib.
BEY.AZ Qafqazinfo-ya istinadən bildirir ki, Bəhruz Məmmədov fotoqraf kimi fəaliyyət göstərib.
Qeyd edək ki, faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. B.Məmmədovun qonşusu, 1990-cı il təvəllüdlü Nahid Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |