Mariya Stadnik olimpiadanı medalsız başa vurdu
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kiloqram) “Paris-2024” Yay Olimpiya Oyunlarını medalsız başa vurub.
BEY.AZ xəbər verir ki, buna dördqat olimpiya mükafatçımızın 1/4 finalda uduzduğu rəqibi monqolustanlı Otqonjarqal Dolqoryavın finala çıxa bilməməsi səbəb olub.
Beləliklə, Azərbaycanın Paris Olimpiadasındakı yeganə qadın güləşçisi mübarizəni dayandırıb.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |