fbpx

Ukraynalı əsirlərin 95 faizinə işgəncə verilib



“Ruslar ilk dindirilmələrdən başlayaraq ukraynalı hərbi əsirlərə işgəncə verirlər. Üstəlik, rus əsirliyində işgəncə praktikası “geniş və sistematikdir”.

BEY.AZ xarici mediaya istinadən bildirir ki, bunu Hollandiyanın “NOS” telekanalına müsahibəsində BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasının rəhbəri Daniel Bell deyib. O qeyd edib ki, Rusiya Federasiyası öz həbsxanalarında ukraynalı hərbi əsirlərin 95%-nə işgəncə verib:

“İlk dindirmə zamanı onlara işgəncə verilir. Onlara metal çubuqlarla zərbələr endirilir, şiddətli şoka məruz qalırlar. Soyundurulurlar. Bu, dəhşətlidir. 20 illik karyeramda BMT adından məhbuslara baş çəkərkən gördüyüm ən pis hadisədir. 95% ukraynalı hərbi əsirlərə işgəncə verilib və bu, hərbi cinayətdir”.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin