fbpx

Rubl və lirənin məzənnəsi bu qədər olacaq

Rüya Yorumları burda


“İlin əvvəlində verilən proqnozlara görə, 1 dollar 30-35 lirə arası olacaq. Amma mövcud iqtisadi şərtlər çərçivəsində. Əgər, Türkiyə yenidən hansısa siyasi risk etsə və yaxud geosiyasi gərginlik olarsa, bu, dəyişə bilər”.

Bu sözləri BEY.AZ-a açıqlamasında iqtisadçı Elman Sadıqov deyib. O bildirib ki, rublla da bağlı eyni məsələ var:

“Həm Türkiyə, həm də Rusiya hal-hazırda geosiyasi risklər ilə bağlı olan ölkələrdir. Buradakı məsələləri daha çox siyasi proseslər təyin edir. Rusiya-Ukrayna arasındakı mövcud vəziyyət Rusiyaya qarşı embarqoların daha da sərtləşməsi, və s. müəyyən rol oynayacaq”.

İqtisadçının sözlərinə görə, hal-hazırda Rusiya faydalı qazıntıların hesabına ayaqda durur:

“Rusiyada müharibə səbəbindən idxala tələb azdır. Xarici məhsulların idxalı çox aşağı düşüb. Ona görə, valyutaya ehtiyac nisbətən azalıb. Amma digər tərəfdən satışlardan valyuta axını var. Ona görə də, rublla bağlı ciddi çöküş gözlənilmir. Amma rublun özünün dəyər qazanması Rusiya iqtisadiyyatı üçün o qədər də xoş deyil. Bunu istəmirlər. Ona görə, 1 dolların 80-90 rubl arası qalacağı ehtimalı yüksəkdir”.

Rüya tabirlerini burdan oku

Seyranə Quliyeva / BEY.AZ






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu