fbpx

İşə qəbul olmaq istəyən müəllimlərin nəzərinə: Avqustun 14-dən…

Rüya Yorumları burda


Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir.

BEY.AZ xəbər verir ki, bu barədə Təhsil İnstitundan məlumat verilib.

Bildirilib ki, avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır. Ümumilikdə 5740 namizədin dəvət olunduğu müsahibələr avqust ayının 22-dək davam edəcək.

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

Qeyd edilib ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu