Qardaşı arvadını öldürən görün kim imiş
Xəbər verdiyimiz kimi, avqustun 9-da saat 12:30 radələrində Sumqayıt şəhəri ərazisində 2001-ci il təvəllüdlü Cəmilə Mirzəcanova qaynı 1998-ci il təvəllüdlü İsrail Rəsulov tərəfindən kəsici-deşici alətlə qətlə yetirilib.
BEY.AZ axar.az-a istinadən xəbər verir ki, İsrail Rəsulovun bir müddət öncə də cinayət əməli törətmişdi.
Belə ki o, ötən ilin oktyabr ayında İsrail Rəsulov qardaşı, 1993-cü il təvəllüdlü Xəyyam Rəsulovla birgə Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Elməddin Şiralı oğlu Ağayevi bıçaqlamışdı. 10 aydan sonra onun qardaşı arvadını (çox güman ki, Xəyyam Rəsulovun – red.) öldürməsi səbəbin ailə-məişət məsələləri olması barədə ehtimallara yol açır.
Ancaq adam bıçaqlayan İ.Rəsulovun 10 aydan sonra azadlıqda olması diqqət çəkir. Onun barədə yayılan məlumatda isə “əvvəllər məhkum olunmuş” ifadəsindən istifadə edilməyib. Bu isə o deməkdir ki, İ.Rəsulov məhkum olunmayıb və ya ötənilki bıçaqlama hadisəsində bəraət alıb.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |