Banklarda kredit faizləri niyə yüksəkdir?
“Yaxın zamanda istehlak kreditlərində faizlərin düşməsi gözlənilən deyil. İstehlak kreditlərinin faiz dərəcələri bir çox amillərdən aslıdır. Bunlardan biri cəlb olunan depozit dərəcələri ilə bağlıdır. Cəlb olunan depozitlərin özlərinin faiz dərəcəsi isə inflyasiya amili ilə bağlıdır”.
Bu sözləri BEY.AZ-a açıqlamasında iqtisadçı Elman Sadıqov deyib. O bildirib ki, Azərbaycanda hal-hazırda depozit faizləri nisbətən artıb:
“İkinci məsələ ondan ibarətdir ki, vəsaitin üzərinə əməliyyat faizləri, verilən istehlak kreditlərinin risk dərəcəsi gəlir. Çünki istehlak kreditlərinin bir çoxu girovsuz verilir. Bütün bunların hamısı istehlak kreditlərinin faiz dərəcələrinin yüksək olmasına səbəb olur”.
Ekspertin sözlərinə görə, əslində kredit faizlərinin yüksək olması, artıq borclanmadan çəkindirən bir amildir:
“Bu o qədər də müsbət tərəf deyil. Xüsusilə o ölkələrdə ki, orada istehsal aşağıdır. Əgər istehlak kreditləri daha çox idxalın artmasına, ölkədə istehsal olunmayan məhsulların alışına yönəlirsə, bu ölkədən kapital axını, əhalinin daha çox borclanması deməkdir”.
Seyranə Quliyeva / BEY.AZ
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |