fbpx

Ferdi seçimini etdi – Bu kluba keçmək istəyir



İngiltərənin “Brayton” və “Mançester Yunayted” klublarından təklif alan Ferdi Kadıoğlu seçimini edib.

BEY.AZ “Milliyet”ə istinadən xəbər verir ki, klubların transferlə bağlı anlaşacağı halda, Ferdi Kadıoğlu Mançester təmsilçisinə keçməyi arzulayır. “Brayton” “Fənərbağça”lı futbolçu üçün türklərə 35 milyon avro təklif edib, “Mançester”in təklifi isə bundan aşağıdır, lakin yeni bir təklifin ediləcəyi gözlənilir.

Ferdi Kadıoğlunun mümkün transferi ilə bağlı danışan “Fənərbağça”nın portuqaliyalı baş məşqçisi Joza Mourinyo deyib ki, uğur qazanmaq istəyən komandalar ən yaxşı oyunçularını itirməməlidir və o, Ferdinin komandada qalmasını istəyir.

Qeyd edək ki, İstanbul təmsilçisi ilə 2 illik müqaviləsi qalan Kadıoğlu kluba 2018-ci ildən Niderlandın “NEC Nijmegen” klubundan 1,4 milyon avroya keçib.




MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin